“Barselona”nın yeni transferi Alenanın nömrəsini “zəbt etdi” FOTO

“Barselona”nın “Ayaks”dan transfer etdiyi Frenki de Yonqun forma nömrəsi məlum olub.

Komanda.az xəbər verir ki, holland yarımmüdafiəçi yeni klubunda 21 nömrəli formanı geyinəcək. Bu barədə “Barselona”nın rəsmi saytı məlumat yayıb.

“Barselona”da 21 nömrəli formanı daha əvvəl Karles Alena geyinirdi. Alena yeni mövsümdən 19 nömrəli forma ilə mübarizə aparacaq. De Yonq “Ayaks”da da 21 nömrəli formanı daşıyırdı.

“Barsa” Frenki de Yonqu 75 milyon avro qarşılığında “Ayaks”dan transfer edib.