“Barselona”nın futbolçuları məvaciblərinin azaldılmasına razı oldular – Messi açıqladı

“Barselona”nın əsas komandasının futbolçuları məvaciblərinin 70 faizindən imtina ediblər.

Komanda.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin kapitanı Lionel Messi rəsmi “instagram” hesabında məlumat yayıb. O, kluba çətin anlarda kömək etmək üçün məvaciblərinin 70 faiz azaldılmasına razı olduqlarını bildirib.

Messi, eyni zamanda futbolçuların “Barselona”da çalışan işçilərə maddi yardım göstərəcəklərini də əlavə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button