“Barselona”nı “Sevilya”ya dəyişdi – RƏSMİ

İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi “Barselona”nın futbolçusu Munir Əl Haddadini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, futbolçunun özü ilə, həmçinin “Barselona”yla bütün məsələlərdə razılıq əldə edilib. Onun tezliklə tibbi baxışdan keçməsi və rəsmi müqaviləyə imza atması gözlənilir.

Son mövsümlərdə “Valensiya” (2016/17) və “Alaves” (2017/18) klublarında icarədə oynamış 23 yaşlı hücumçu, bu mövsümün əvvəlində Kataloniya təmsilçisinin düşərgəsinə qayıtmışdı. O, bu mövsüm “Barselona” ilə müxtəlif turnirlərdə 11 oyuna çıxıb, 2 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button