“Barselona”nı Messisiz təsəvvür edə bilmirəm”

“Barselona”nın futbolçusu Serxio Roberto komanda barədə açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı futbolçu, yeni baş məşqçi Ronald Kumanın işi və bir müddət əvvəl Kataloniya klubundan ayrılmaq istəyən Lionel Messi barədə danışıb:

“Kuman bizi çox çalışdırdı, hazırlıq müddəti uzun çəkdi. O, futbolçulara hər şeyi dəqiq izah edir və bu komanda üçün uyğun məşqçidir. Məşqçiyə və futbolçulara tamamilə güvənirəm.

“Barselona”nı Messisiz təsəvvür edə bilmirəm. Hazırda onun çox yaxşı məşq etdiyini görürəm. O, çox peşəkar futbolçudur və bu forma üçün əlindən gələni edəcəyinə əminəm”.