“Barselona”dan uruqvaylı futbolçu üçün 40 milyon avroluq təklif

“Barselona” klubu heyətini “Benfika”nın futbolçusu ilə gücləndirmək niyyətindədir.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu “Benfika”dan Darvin Nunezi heyətinə qatmaq istəyir. “Barselona” 21 yaşlı futbolçu üçün qarşı tərəfə 40 milyon avro təklif edir. Klub bu transferi qışda reallaşdırmağı planlaşdırır.

Sentyabrda “Benfika”ya keçən uruqvaylı futbolçu iştirak etdiyi 9 oyunda 4 qolla yadda qalıb.