“Barselona”dan tarixi uğur

“Barselona” UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Bavariya” ilə qarşılaşacaq.

Komanda.az xəbər verir ki, katalonlar ardıcıl 13-cü dəfə ÇL-də bu mərhələyə vəsiqə qazanıb. Bununla da, “Barselona” yeni rekord müəyyənləşdirib. İndiyədək heç bir klub bu nəticəni göstərməyib.

Bundan başqa, klub ümumilikdə 18-ci dəfə Çempionlar Liqasının 1/4 final mərhələsində mübarizə aparacaq.