“Barselona”dan “Roma”ya – 13 milyon avroya

İtaliyanın “Roma” klubu “Barselona”nın futbolçusunu heyətinə qatmağa yaxındır.

Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, “canavarlar” Karles Peresin keçidini tamamlamağa hazırlaşır. “Roma” 21 yaşlı futbolçunu mövsümün sonunda birdəfəlik heyətinə qatmaq şərti ilə icarəyə götürəcək. Paytaxt klubu bu keçid üçün “Barselona”ya 13 milyon avro təzminat ödəyəcək.

“Barselona”nın yetirməsi olan ispan futbolçu, cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla keçirdiyi 13 oyunda 3 qol, 3 məhsuldar ötürməylə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button