“Barselona”dan futbolçusuna yeni müqavilə təklifi

İspaniyanın “Barselona” klubu qapıçısı Mark-Andre Ter Ştegenlə bağlı qərarını verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu 27 yaşlı futbolçu ilə müqavilənin müddətini uzatmaq niyyətindədir. Almaniyalı “çərçivə qoruyucusu”nun da Kataloniya klubu ilə yeni müqavilə imzalamaq istədiyi bildirilir. “Barselona”nın tezliklə futbolçu ilə daha yaxşı şərtlərlə uzunmüddətli müqavilə imzalayacağı deyilir.

Bir müddət əvvəl futbolçunun adı bir neçə klubla yanaşı çəkilsə də, katalonların qapıçı üçün 180 milyon avro tələb etməsi səbəbiylə transfer baş tutmamışdı.

2014-cü ildən “Barselona”da çıxış edən Ter Ştegenin hazırkı müqaviləsi 2022-ci ilədək nəzərdə tutulur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button