“Barselona”dan ilk – Sosial şəbəkə ilə əməkdaşlığa başlayır

“Barselona” “facebook” istifadəçilərinə əlavə güzəştlər təklif edən ilk futbol klubu ola bilər.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya klubu və sözügedən şirkət azarkeşlər üçün ortaq layihə hazırlayıb. Bu layihə “Barselona” azarkeşlərinə xüsusi mükafatlar, döş nişanları və başqa imtiyazlardan istifadə etmək imkanı verəcək. “Barselona”nın rəsmi “facebook” səhifəsində görünəcək “Azarkeşlər üçün” adlanan təqdimatın bir aylıq abunə dəyəri 2,85 dollar təşkil edəcək.