Messi “Mançester Siti” ilə razılığa gəldi

“Barselona”dan ayrılmağa qərar verən Lionel Messi karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, argentinalı futbolçu “Mançester Siti” klubunun sahibi olan “City Football Group” şirkətiylə ilkin razılıq əldə edib. Bu barədə “Daily Record” nəşri məlumat yayıb.

Belə ki, Messi şirkətlə 5 illik müqavilə imzalayacaq. O, ilk 3 ilini “Mançester Siti”də, qalan 2 ili isə “Nyu-York Siti”də keçirəcək. Messi bu müqavilə ilə ümumilikdə 700 milyon avro qazanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button