“Barselona”dan ayrıldı, PSV-yə keçdi

Ötən mövsüm icarə əsasında İspaniya “Barselona”sında çıxış edən “Sevilya”nın futbolçusu Luk de Yonqun yeni klubu bəlli olub.

Komanda.az xəbər verir ki, 32 yaşlı hücumçu Niderlandın PSV klubuna keçib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Eyndhoven təmsilçisində tibbi müayinədən keçən niderlandlı forvardla 3 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Luk de Yonq 2014-2019-cu illər aralığında da PSV-nin formasını geyinib.