Meneceri açıqladı: Koutinyo “Barselona”dan ayrılır?

“Barselona”dan ayrılacağı iddia edilən Filippe Koutinyonun meneceri açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin agenti olan Kia Yoorabşian “Barselona”nın Koutinyonu satmayacağını deyib:

“Barselona” Koutinyodan razıdır. Bu yaxınlarda klubun idman direktoru Pep Sequra ilə görüşdüm və mənə Koutinyonu bu yay satmaq istəmədiklərini dedi. PSJ-dən də heç kimlə danışığım olmayıb”.

Koutinyo ilə “Liverpul”, “Mançester Yunayted” və PSJ yaxından maraqlanır.