“Barselona”dan “Selta”ya – Rəsmi

İspaniyanın “Selta” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi “Barselona”dan Denis Suaresi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Selta” Denis üçün “Barselona”ya 15 milyon avro təzminat ödəyəcək. 25 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Son mövsümün ikinci yarısını icarə əsasında “Arsenal”da keçirən Suareslə “Selta” ilə yanaşı, “Atletiko”, “Valensiya” və “Vilyarreal” da yaxından maraqlanırdı. 25 yaşlı futbolçunun “Barselona” ilə 2021-ci ilin yayına qədər müqaviləsi var idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button