“Barselona”dan Ansu Fati ilə yeni müqavilə

İspaniyanın “Barselona” klubu hücumçusu Ansu Fati ilə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.

19 yaşlı futbolçu ilə 6 illik yeni sözləşmə imzalanıb. Kataloniya təmsilçisi gənc forvardın yeni təzminat məbləğinin isə 1 milyard avro olduğunu açıqlayıb.

Ansu Fati 2019-cu ildən “Barselona”nın əsas komandasında çıxış edir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button