“Barselona”da yeni “9” nömrə

İspaniyanın “Barselona” klubu 2020/21 mövsümündə futbolçuların çıxış edəcəyi forma nömrələrini təqdim edib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Siyahıda komandanın yeni “9” nömrəsinin kimliyi də göstərilib. Belə ki, bir müddət öncə Madrid “Atletiko”suna transfer olunan uruqvaylı hücumçu Luis Suaresə məxsus olan “9” nömrəni formanı bundan sonra danimarkalı hücumçu Martin Breytveyt daşıyacaq.

29 yaşlı futbolçu bundan əvvəl 19 nömrəli forma altında çıxış edirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button