“Barselona”da sərnişin olmayacam – Yeni transfer

Dünən “Barselona” ilə müqavilə bağlayan “Ayaks”ın yarımmüdafiəçisi Frenki De Yonq açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Barsa”ya keçidi bu ilin yayında rəsmiləşəcək 21 yaşlı holland futbolçu, “Mançester Siti” və PSJ ilə danışıqlar apardığını da etiraf edib:

“Mən PSJ-nin idman direktoru Maksvellə danışmışdım, amma menecerim onlara transfer olmayacağımı dedi. Bundan başqa, “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola ilə də danışmışdım. Çox xoşbəxtəm, eyni zamanda, qürur duyuram ki, bu iki klub, eləcə də digər klublar məni transfer etmək istəyirdi. Amma bilirəm ki, “Barselona” uzun müddətdir məni transfer etməyi planlaşdırırdı.

Bu klub hər zaman mənim xəyalım olub, uşaqlıqdan oyunlarını izləyirdim və sonradan onun azarkeşi oldum. “Barselona”da sərnişin olmayacam. Transferin qiyməti də mənə təsir etməyəcək, sadəcə, öz işimi görəcəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button