“Barselona”da daha bir koronavirus şoku

İspaniyanın “Barselona” klubunun rəsmisi koronavirus pandemiyasına yoluxub.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klubun vitse-prezidenti Jordi Kardonerin koronavirus testi müsbət nəticələnib. Klub rəsmisinin hazırda vəziyyətinin yaxşı olduğu bildirilir.

Bu, “Barselona”da üçüncü yoluxma halıdır. Daha əvvəl klubun həkim heyətinin rəhbəri Ramon Kanal və həndbol komandasının həkimi Xosep Antoninin də koronavirusa yoluxduğu açıqlanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button