“Barselona”da ikinci holland

“Barselona” heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi “Qroningen”də forma geyinən Ludovit Reysi transfer etməyə yaxındır. Bu barədə Hollandiyanın “De Telegraaf” nəşri məlumat yayıb.

“Barselona” 18 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalayacaq. “Qroningen” Reysin transferindən bonuslarla birlikdə 7,7 milyon avro qazanacaq.

Erediviziya təmsilçisi ilə 2021-ci ilə qədər müqaviləsi olan Reys, bu mövsüm 29 qarşılaşmada iştirak edib.

Reys, Hollandiyanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının da formasını geyinir.

“Barselona” bir müddət əvvəl “Ayaks”ın holland yarımmüdafiəçisi Frenki de Yonqu transfer etmişdi.