“Barselona”da final matçından əvvəl itki

“Barselona” klubu ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisinin müdafiəçisi Nelson Semedo zədələnib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

La Liqanın sonuncu – 38-ci turunun “Eybar”la qarşılaşmasında (2:2) zədələnən Semedonun İspaniya kubokunun finalında iştirakı sual altındadır.

“Barselona” İspaniya kubokunun finalında “Valensiya” ilə qarşılaşacaq. Oyun mayın 25-də, saat 23:00-da keçiriləcək.