“Barselona”da 5 həftəlik itki

İspaniya La Liqasının 13-cü turu çərçivəsində “Barselona”nın “Selta”ya 4:1 hesabıyla qalib gəldiyi oyunda zədələnən futbolçusu Nelson Semedonun vəziyyətinə aydınlıq gəlib.

Komanda.az “Barselona”nın rəsmi saytına istinadən xəbər verir ki, oyunun 23-cü dəqiqəsində zədələnərək, meydanı vaxtından əvvəl tərk edən portuqaliyalı futbolçunu Serxio Buskets əvəzləyib. Aparılan tibbi müayinələrdən sonra Semedonun sol ayağından zədələndiyi və təxminən 5 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir.

25 yaşlı futbolçu, cari mövsümdə 16 oyunda iştirak edib, 3 məhsuldar ötürməylə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button