“Barselona”da ciddi itki

İspaniyanın “Barselona” klubunun müdafiəçisi Jerar Pike yenidən zədələnib.

Komanda.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə 34 yaşlı futbolçunun İspaniya kubokunun yarımfinal mərhələsi çərçivəsində ötən gecə baş tutan “Sevilya” ilə cavab oyununda (3:0, ilk oyun 0:2) sıradan çıxdığı diqqətə çatdırılıb.

İspaniya yığmasının sabiq üzvü sağ dizindən xəsarət alıb. Artıq futbolçunun müalicəsinə start verilib. Lakin onun nə vaxt sıraya dönəcəyi açıqlanmayıb.

Qeyd edək ki, Jerar Pike 2020-ci ilin noyabrından sağ dizindəki problemə görə komandasına kömək edə bilmirdi. O, fevralın ortalarında sıraya dönmüşdü.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button