Luis Suares “Barselona” ilə vidalaşdı!

“Barselona”dakı gələcəyi müzakirə edilən Luis Suaresin komandadan ayrılacağı dəqiqləşib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, uruqvaylı futbolçu Kataloniya klubu ilə vidalaşıb. Suares bu gün klubun bazasına gedərək, komanda yoldaşları ilə sağollaşıb.

“Barselona”nın tezliklə rəsmi açıqlama verəcəyi gözlənilir.

Suaresin azad agent kimi “Atletiko”ya qoşulacağı bildirilir. Onun yeni klubu ilə iki illik müqavilə imzalayacağı və illik 9 milyon avro qazanacağı qeyd edilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button