“Barselona”da 4,5 illik müqavilə

“Barselona” heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi “Tuluza”dan Jan-Kler Todibonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

19 yaşlı müdafiəçiylə 4,5 illik müqavilə imzalanıb. Todibo “Barsa”da 6 nömrəli formanı geyinəcək.

“Barselona” qış transfer pəncərəsi dövründə “Sassuolo”dan Kevin-Prins Boatenqi, “Ayaks”dan Frenki de Yonqu, “Atletiko Mineyro”dan Emersonu transfer edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button