“Barselona” İngiltərədən futbolçu aldı – Rəsmi

İspaniyanıın “Barselona” klubu 16 yaşlı futbolçunu transfer edib.

Komanda.az xəbər verir ki, Kataloniya klubu, “Vest Bromviç”də forma geyinən Luie Barrini heyətinə qatıb. Bu barədə klubdan açıqlama verilib.

Açıqlamada, 16 yaşlı futbolçu ilə hələ ki, 3 illik müqavilə bağlandığı və Barrinin 19 yaşadək futbolçulardan ibarət komandada oynayacağı bildirilib.

Gələcəyin ən istedadlı hücumçuları arasında göstərilən Barri, İngiltərənin U-16 komandası ilə iştirak etdiyi 9 oyunda 6 qolla yadda qalıb.