“Barselona”da Pikeyə əvəzləyici tapıldı – sabiq “Real”lı hədəfdə

“Barselona” zədə səbəbindən bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq Jerar Pikenin yerini doldurmaq niyyətindədir.

Komanda.az xəbər verir ki, Kataloniya klubu azad agent olan Ezekiel Qarayla müqavilə imzalamaq istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, “Barselona”nın 34 yaşlı futbolçuyla bağlı yaxın zamanda qərar verəcəyi bildirilib.

Son olaraq “Valensiya”da çıxış edən Qaray hazırda azad agentdir. Argentinalı müdafiəçi 2008-2011-ci illər aralığında “Real”da forma geyinib.