“Barselona” yoxlama oyunu keçirdi – video

Milli komandaların oyunları ilə əlaqədar çempionatlarda verilmiş fasilədə “Barselona” klubu yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi “Kartaqena” ilə qarşılaşıb. Görüş “Barselona”nın 2:0 hesablı qələbəsiylə başa çatıb. Katalonların qollarını Karles Peres və Markes Mendes vurub.