“Barselona” yetirməsini 11 milyon avroya satır

“Valensiya” klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi “Barselona”dan Rafinyanı transfer etmək istəyir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

“Barselona”nın baş məşqçisi Ernesto Valverdenin gələcək planlarında yer almayan Rafinyanın “Valensiya”ya keçməyə müsbət yanaşdığı bildirilir. “Yarasalar” 26 yaşlı yarımmüdafiəçi üçün “Barselona”ya 11 milyon avro ödəyəcək.

“Barselona”nın yetirməsi olan Rafinya, son mövsümdə La Liqada 5 oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button