“Sevilya”dan inamlı qələbə

İspaniya La Liqasında 30-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. “Atletiko” öz meydanında “Jirona”nı qəbul edib və inamlı qələbəyə sevinib. “Espanyol” – “Xetafe” matçında qalib müəyyənləşməyib.

Lider “Barselona” səfərdə “Vilyarreal”la üz-üzə gəlib. 8 qolun qeydə alındığı bu dramatik qarşılaşmada da tərəflər hərəyə 1 xalla kifayətlənməli olub.

İkinci oyun günündə dörd görüş baş tutub. “Atletik” “Levante”ni, “Eybar” isə “Rayo Valyekano”nu doğma meydanda çətinliklə məğlub edib. Altı qolun vurulduğu “Hueska” – “Selta” matçında qalib müəyyənləşməyib. “Real” isə “Valensiya” səfərinə yollanıb. Madrid təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb.

Son oyun günündə üç görüş baş tutub. “Sevilya” doğma meydanda “Alaves” üzərində inamlı qələbəyə sevinib. “Leqanes” “Valyadolid”i minimal hesabla məğlub edib. Üç qolun qeydə alındığı “Real Sosyedad” – “Betis” matçında da meydan sahibləri qələbəyə sevinən tərəf olub.

İspaniya La Liqası, 30-cu tur

2 aprel

Atletiko – Jirona 2:0
Qol
: Qodin, 76. Qrizmann, 90.

Espanyol – Xetafe 1:1
Qol
: B.İqlesias, 56 – A.Rodriqes, 72.

Vilyarreal – Barselona 4:4
Qol
: Çukvueze, 23. Ekambi, 50. İborra, 62. Bakka, 80. Koutinyo, 12. Malkom, 16. Messi, 90. L.Suares, 90+3.

3 aprel

Atletik – Levante 3:2
Qol
: Berçiçe, 5. Aytor, 27-öz qapısına. Muniain, 90-pen – Rocer, 51-pen. Kabako, 89.

Eybar – Rayo Valyekano 2:1
Qol
: Çarles, 64. Leon, 73 – Pozo, 51.

Hueska – Selta 3:3
Qol
: Qallexo, 63. Avila, 71. Pulido, 73 – Mendes, 14. Aspas, 57. Budebuz, 81.

Valensiya – Real 2:1
Qol
: Quedes, 35. Qaray, 83 – Benzema, 90.

4 aprel

Sevilya – Alaves 2:0
Qol
: Meza, 41. Sarabia, 80.

Leqanes – Valyadolid 1:0
Qol
: Karrilyo, 90.

Real Sosyedad – Betis 2:1
Qol
: Xuanmi, 17. Oyarzabal, 83 – Kanales, 56.

Bombardir: Lionel Messi (Barselona) – 32 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button