“Real” vahid liderliyi ələ keçirdi

İspaniya La Liqasında 21-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun oyunları üç günü əhatə edib. Açılış matçında “Osasuna” “Levante”ni qəbul edib və inamlı qələbəyə sevinib.

Şənbə günü dörd görüş baş tutub. “Espanyol” – “Atletik” matçında qalib müəyyənləşməyib. “Alaves” evdə “Vilyarreal”a uduzubsa, “Sevilya” “Qranada”nı məğlub yola salıb.

Turun mərkəzi görüşündə lider “Barselona” səfərdə “Valensiya” ilə üz-üzə gəlib. Kataloniya təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb.

“Real” bu turda “Valyadolid” səfərinə yollanıb və minimal hesabla qalib gəlib. “Barselona”nın xal itirməsindən maksimum yararlanan paytaxt klubu bu qələbə sayəsində vahid liderliyi ələ keçirib. Madridin digər təmsilçisi “Atletiko” isə “Leqanes”lə qarşılaşıb və turu xal itkisi ilə başa vurub.

İspaniya La Liqası, 21-ci tur

24 yanvar

Osasuna – Levante 2:0
Qol
: R.Qarsiya, 81-pen. İ.Peres, 84.

25 yanvar

Espanyol – Atletik 1:1
Qol
: De Tomas, 63 – Vilyalibre, 12.

Valensiya – Barselona 2:0
Qol
: Alba, 48-öz qapısına. M.Qomes, 77.

Alaves – Vilyarreal 1:2
Qol
: Xoselu, 80 – Bakka, 10. Nino, 89.

Sevilya – Qranada 2:0
Qol
: De Yonq, 11. Nolito, 34.

26 yanvar

Atletiko – Leqanes 0:0

Selta – Eybar 0:0

Xetafe – Betis 1:0
Qol
: Anxel, 89-pen.

Real Sosyedad – Malyorka 3:0
Qol
: İsak, 46. Qames, 48-öz qapısına. Portu, 81.

Valyadolid – Real 0:1
Qol
: Naço, 78.

Bombardir: Lionel Messi (Barselona) – 14 qol.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button