“Barselona” və PSJ “Yuventus”un türkünə “elçi düşdü”

“Barselona” və PSJ “Yuventus”un futbolçusu Əmrə Canı heyətinə qatmaq istəyir.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Turin təmsilçisində az şans qazanan 25 yaşlı yarımmüdafiəçi də komandadan ayrılmaq istəyir.

“Yuventus” türk əsilli almaniyalı futbolçu üçün 50 milyon avro tələb edir. Həm “Barselona”nın, həm də PSJ-nin qış fasiləsində “Yuventus” rəsmiləri ilə danışıqlar aparacağı bildirilir.

2018-ci ildən “Yuventus”da forma geyinən Əmrə, bu mövsüm 4 oyunda iştirak edib. Onun Turin təmsilçisi ilə 2022-ci ilin yayına qədər müqaviləsi var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button