“Barselona” və “Milan”ın sabiq üzvü “Udineze”də

İtaliyanın “Udineze” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi Fransanın “Nitsa” klubunun yarımmüdafiəçisi Jan-Viktor Makenqonu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı fransız futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. Bu transfer üçün “Udineze” nitsalılara 3.5 milyon avro ödəyib. “Kan”ın yetirməsi olan Makenqo, 2017-ci ildən “Nitsa”da çıxış edirdi. O, geridə qalan mövsümü icarə əsasında “Tuluza”da keçirib.

“Udineze” İngiltərənin “Uotford” klubunun yarımmüdafiəçisi Jerar Deulofeunu da icarə əsasında heyətinə qatıb. 26 yaşlı ispan futbolçu mövsümün sonuna qədər İtaliya klubunun uğurları üçün çalışacaq. “Barselona”nın yetirməsi olan futbolçu karyerası ərzində “Everton”, “Sevilya”, “Milan”ın da formasını geyinib. O, 2018-ci ildən “Uotford”dadır.

“Udineze” “Uotford”un daha bir yarımmüdafiəçisi – argentinalı İqnasio Pussettonu da icarə əsasında heyətə qatıb. 24 yaşlı futbolçu karyerasının ilk illərində “Atletiko de Rafaela” və “Urakan”da forma geyinsə də, 2018-ci ildən bu ilin əvvəlinə qədər məhz “Udineze”nin uğurları üçün çalışırdı. Lakin bu ilin yanvarın İngiltərə klubu argentinalı vingeri 7 milyon funt-sterlinq qarşılığında heyətinə qatmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button