Löv “Barselona” və “Real”ın futbolçusunu milliyə çağırmadı

Almaniya millisinin AÇ-2020-nin seçmə mərhələsində iyunun 8-də Belarus və 11-də Estoniya ilə qarşılaşacağı oyunlar üçün heyəti açıqlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Almaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Yığmanın baş məşqçisi Yoahim Löv 22 futbolçuya dəvət göndərib. “Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen və “Real”ın yarımmüdafiəçisi Toni Kroos isə milliyə çağırılmayıb:

Qapıçılar: Bernd Leno (“Arsenal”), Manuel Noyer (“Bavariya”), Kevin Trapp (“Ayntraxt”);

Müdafiəçilər: Mattias Ginter (“Borussiya”, Münhenqladbax), Marsel Halstenberq, Lukas Klosterman (hər ikisi “Leyptsiq”), Yonas Hektor (“Köln”), Tilo Kerer (PSJ), Niko Şulz (“Borussiya”, Dortmund), Niklas Ştark (“Herta”), Niklas Süle (“Bavariya”), Jonatan Tah (“Bayer”);

Yarımmüdafiəçilər: Yuliyan Brandt, Kay Haverts (“Bayer”), Yuliyan Draksler (PSJ), Leon Qoretska, Yozua Kimmih (hər üçün “Bavariya”), İlkay Gündoğan (“Mançester Siti”);

Hücumçular: Timo Verner (“Leyptsiq”), Leroy Sane (“Mançester Siti”), Marko Roys (“Borussiya”, Dortmund), Serj Qnabri (“Bavariya”).