“Barselona”nın yeni hücumçu almaq istəməsi təəccüblü deyil” – Suares

İspaniyanın “Barselona” klubunun hücumçusu Luis Suares açıqlama verib.

Komanda.az xəbər verir ki, Uruqvay mətbuatına açıqlama verən futbolçu, klubun yeni hücumçu almaq istəməsi ilə bağlı danışıb:

“Barselona”da ehtiyaclar heç vaxt bitməz. Hər üç gündən bir oyun var və rahatlaşmaq olmur. Burda keçirilən bir pis oyun belə, bağışlanılmaz. “Barselona” kimi bir kluba gəlmək, komandaya uyğunlaşmaq, heyətdə yer almaq asan deyil.

“Barselona”nın yeni hücumçu almaq istəməsi təəccüblü deyil. Futbol belə bir oyundur. Uzun müddətdir burda oynayıram və bir gün bu formanı geyinmək üçün kifayət etməyəcəyimi bilirəm. Buna baxmayaraq, fiziki cəhətdən güclü olduğum müddətdə əlimdən gələnin ən yaxşısını etməyə davam edəcəm. Rəqabət aparmaq mənim üçün də faydalı olacaq”.

2014-cü ildə “Liverpul”dan transfer olunan 32 yaşlı futbolçunun klubla müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button