“Barselona” Suaresə əvəzləyici tapıb – İtaliyada

İspaniyanın “Barselona” klubu uzun müddətə zədələnən Luis Suaresin boşluğunu doldurmaq üçün transfer etməyə hazırlaşır.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu Qabriel Barbosanı heyətinə qatmaq niyyətindədir. Müqavilə ilə “İnter”ə məxsus olan 23 yaşlı futbolçu, son olaraq icarə əsasında Braziliyanın “Flamenqo” klubunda çıxış edib. “İnter”in əsas heyətdə düşünmədiyi futbolçunu yenidən icarəyə göndərmək niyyətində olduğu bildirilir. “Flamenqo” da futbolçunu heyətində saxlamaq niyyətindədir. Qabrielin “Flamenqo” ilə icarə müqaviləsi dekabrda başa çatıb.

“İnter” braziliyalı futbolçunun transfer qiymətini 20 milyon avro olaraq müəyyənləşdirib.