“Barselona” yenə hazırlaşır – baş məşqçi dəyişikliyinə

“Barselona” cari mövsümün sonunda baş məşqçisi Kike Setyenlə yollarını ayıra bilər.

Komanda.az xəbər verir ki, klub rəhbərliyi son vaxtlardakı uğursuz nəticələr səbəbiylə belə addım atmağa hazırlaşır. Setyenlə futbolçular arasında da mübahisələrin olduğu və komandanın üzvlərinin artıq baş məşqçiyə inanmadığı bildirilir.

La Liqada keçirdiyi 32 oyundan sonra 69 xal toplayan “Barselona” ikinci pillədə qərarlaşıb və lider “Real”dan 2 xal geridədir.