“Barselona” Sequnda klubundan oyunçu aldı – Rəsmi

“Barselona” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Kataloniya klubu “Las Palmas”la Pedrinin transferində razılığa gəlib. Bu barədə Sequnda təmsilçisinin rəsmi saytı məlumat yayıb. Pedri 2020-ci ildə “Barselona”ya qoşulacaq.

“Barsa” 16 yaşlı yarımmüdafiəçi üçün “Las Palmas”a 5 milyon avro ödəyəcək. Kataloniya təmsilçisi Pedrinin növbəti satışından gələn gəlirin 15 faizini “Las Palmas”a verəcək.

Cari mövsümdə Sequndada 3 oyuna çıxan Pedri, bir məhsuldar ötürmə edib.