“Real”dan darmadağın

Futbol üzrə İspaniya La Liqasında 36-cı tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.

“Valensiya” doğma meydanda “Betis”ə 3 cavabsız qolla məğlub olub. “Qranada” isə “Atletik”i tək qolla yenib. Çempionlar Liqasına vəsiqə verən mövqeni qorumağa çalışan “Barselona” bu turda “Selta” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda Kataloniya təmsilçisi sevinən tərəf olub.

İkinci oyun günündə daha dörd qarşılaşma baş tutub. “Osasuna” – “Xetafe” matçında qalib müəyyənləşməyib. “Sevilya” – “Mayorka” matçında ümumiyyətlə hesab açılmayıb. Üç qolun qeydə alındığı “Alaves” – “Espanyol” qarşılaşması meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

4-cü pillədə qərarlaşan və son turda çempion “Real”ı məğlub edən “Atletiko” səfərdə “Elçe” ilə üz-üzə gəlib. Madrid təmsilçisi turu inamlı qələbə ilə başa vurub.

Sonuncu oyun günündə üç qarşılaşma baş tutub. “Real Sosyedad” doğma meydanda “Kadis”i 3 cavabsız qolla üstələyib. Səfərdə “Rayo Valyekano” ilə qarşılaşan “Vilyarreal” da darmadağına sevinib. Turun son matçında isə “Real” Madriddə “Levante”ni qəbul edib. Çempionluğu bir neçə tur öncə rəsmiləşdirmiş paytaxt klubu da bu oyunda 6 cavabsız qolla qalib gəlib.

İspaniya La Liqası, 36-cı tur

10 may

Valensiya – Betis 0:3
Qol
: V.Xose, 57. Kanales, 87. B.İqlesias, 90.

Qranada – Atletik 1:0
Qol
: Kollado, 35.

Barselona – Selta 3:1
Qol
: Depay, 30. Obameyanq, 41; 48 – Aspas, 50.

11 may

Alaves – Espanyol 2:1
Qol
: De La Fuente, 7. Eskalante, 59 – De Tomas, 14-pen.

Osasuna – Xetafe 1:1
Qol
: Oyer, 9 – Torro, 20-öz qapısına.

Sevilya – Mayorka 0:0

Elçe – Atletiko 0:2
Qol
: Kunya, 28. De Paul, 62.

12 may

Real Sosyedad – Kadis 3:0
Qol
: Sorlot, 19. Yanuzay, 53-pen. Portu, 90+8-pen.

Rayo Valyekano – Vilyarreal 1:5
Qol
: Qvardiola, 21 – Pedrasa, 3; 88. Foyt, 27. Alkaser, 38. Torres, 45+1.

Real – Levante 6:0
Qol
: Mendi, 13. Benzema, 19. Rodriqo, 34. Vinisius, 45; 68; 83.

Bombardir: Kərim Benzema (Real) – 26 qol.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button