“Barselona” sabiq vitse-prezidenti məhkəməyə verir

İspaniyanın “Barselona” klubu sabiq vitse-prezidenti Emili Rusonu məhkəməyə verəcək.

Komanda.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bir neçə gün öncə bəzi klub rəsmiləri ilə birgə istefasını açıqlayan Ruso, yerli mətbuata açıqlamasında “Barselona”da maliyyə yeyintisi olduğunu açıqlamışdı. O, klub rəhbərliyində kiminsə xəzinədən külli miqdarda pulu mənimsədiyini bəyan etmişdi.

Həmin açıqlamadan dərhal sonra “Barselona” rəsmi saytı vasitəsilə bəyanat yayaraq bu məlumatları təkzib etmişdi. Klub rəhbərliyinin yeni qərarına görə isə Ruso bu yalan ittihamlarına görə məhkəmə qarşısında cavab verməli olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button