“Barselona” “Real”la qarşılaşacaq – bu dəfə başqa ölkədə

“Barselona” bu ilin yayında “Real”la yoldaşlıq oyunu keçirəcək. Görüş Las-Veqasda (ABŞ) keçiriləcək.

Komanda.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb. “Barselona”nın ABŞ-a mövsümöncəsi turu iyulun 19-dan 30-na kimi baş tutacaq. Xəbərdə bildirilir ki, “Barsa” ABŞ-da “İnter Mayami” “Yuventus” və “Nyu York Red Bullz”la da yoldaşlıq oyunları keçirəcək.

Kataloniya klubunun bu oyunlardan əldə edəcəyi gəlirin təxminən 10 milyon avro olacağı gözlənilir. “Real” və “Yuventus”la matçlarda “Barselona” stadionu şərikli icarəyə götürəcək, klublar bilet satışından əldə olunan gəliri öz aralarında bölüşdürəcəklər.

“Barselona” – “Real” matçının dəqiq tarixi hələlik açıqlanmayıb.