“Real” Valensiyadan 1 xalla döndü

İspaniya La Liqasında 17-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, açılış matçında “Alaves”lə “Leqanes” qarşılaşıb. Tərəflər bu oyundan heç-heçə ilə ayrılıblar.

Lider “Barselona” bu turda səfərdə “Real Sosyedad”ın qonağı olub. Kataloniya təmsilçisi bu oyundan xal itkisi ilə ayrılıb. “Atletiko” bu turda “Osasuna”nı qəbul edib və inamlı qələbəyə sevinib. “Atletik” – “Eybar” matçında qapılara qol vurulmayıb. “Qranada” isə evdə “Levante”yə uduzub.

Madrid “Real”ı “Valensiya” ilə münasibətlərinə aydınlıq gətirib. Paytaxt təmsilçisi bu oyunda xal itkisi ilə üzləşib. “Sevilya” isə “Vilyarreal”ı qəbul edib və məğlubiyyətlə üzləşib.

İspaniya La Liqası, 17-ci tur

13 dekabr

Alaves – Leqanes 1:1
Qol
: Xoselu, 82 – Breytveyt, 43.

14 dekabr

Qranada – Levante 1:2
Qol
: Maçis, 60 – Roşina, 55. Bardi, 89.

Real Sosyedad – Barselona 2:2
Qol
: Oyarzabal, 12-pen. İsak, 62 – Qrizmann, 38. L.Suares, 49.

Atletik – Eybar 0:0

Atletiko – Osasuna 2:0
Qol
: Morata, 67. Saul, 75.

15 dekabr

Xetafe – Valyadolid 2:0
Qol
: Kuku, 36. Anxel, 82.

Selta – Malyorka 2:2
Qol
: Rafinya, 20. Aspas, 50 – Sevilya, 33-pen. Budimir, 83.

Espanyol – Betis 2:2
Qol
: Darder, 19. Bernardo, 41 – İqlesias, 4. Bartra, 67.

Sevilya – Vilyarreal 1:2
Qol
: El Haddadi, 61 – Albiol, 13. Ekambi, 74.

Valensiya – Real 1:1
Qol
: Soler, 78 – Benzema, 90+5.

Bombardir: Lionel Messi (Barselona), Kərim Benzema (Real) – 12 qol.