“Barselona” Rakitiçə əvəzləyici tapdı

“Barselona”nın yay transfer pəncərəsi dövründə ilk hədəfi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi “Atletiko”nun futbolçusu Saul Niqesi heyətinə qatmaq niyyətindədir. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Xəbərdə, “Barselona”nın Saul üçün 110 milyon avroluq təklif hazırladığı bildirilib. “Atletiko”yla 2026-cı ilə qədər müqaviləsi olan 24 yaşlı yarımmüdafiəçi, bu mövsüm La Liqada 21 qarşılaşmada iştirak edib.

“Barselona”nın İvan Rakitiçin komandadan ayrılacağı təqdirdə, Saul üçün “Atletiko”yla rəsmi danışıqlara başlayacağı bildirilir.