“Barselona” qalib gəldi, Messi Ronaldonu geridə qoydu

“Barselona” İspaniya La Liqasının 16-cı turu çərçivəsində “Malyorka”ya 5:2 hesabıyla qalib gəlib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubunun oyunda het-trik edən hücumçusu Lionel Messi La Liqada yeni rekord müəyyənləşdirib. Çempionatda etdiyi het-triklərin sayını 35-ə çatdıran argentinalı futbolçu, “Real”ın keçmiş hücumçusu Kriştiano Ronaldonun rekordunu qırıb. Hazırda “Yuventus”un şərəfini qoruyan Ronaldo, La Liqada 34 het-triklə yadda qalmışdı.