“Barselona” onun transferini bitirir

İspaniyanın “Barselona” klubu “Lion”dan Memfis Depayın transferini tamamlamağa yaxındır.

Komanda.az “De Telegraaf”a istinadən xəbər verir ki, tərəflər arasında bütün məsələlərdə razılıq əldə edilib. Kataloniya klubunun bu həftə içərisində 26 yaşlı futbolçunun keçidini rəsmi şəkildə açıqlayacağı bildirilir.

“Barselona”nın bu keçid üçün qarşı tərəfə 25+5 milyon avro ödəyəcəyi deyilir.

2017-ci ilin qışından “Lion”un şərəfini qoruyan niderlandlı hücumçunun müqaviləsi bu mövsümün sonunda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button