“Barselona” ona qiymət qoydu – 40 milyon avro

“Barselona”  keçən mövsümün əvvəlində heyətinə qatdığı Malkomun transfer qiymətini müəyyənləşdirib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya klubu, 22 yaşlı futbolçunun transfer qiymətini 40 milyon avro olaraq müəyyənləşdirib.

Baş məşqçi Ernesto Valverdenin planlarında yer almayan futbolçu ilə İngiltərənin “Arsenal”, “Everton” və “Tottenhem” klublarının yaxından maraqlandığı bildirilir.

“Bordo”dan 41 milyon avro müqabilində transfer olunan braziliyalı futbolçunun klubla müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub. O, “Barselona”nın heyətində iştirak etdiyi 24 matçda 4 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.