“Barselona” ona 4 milyon avro təzminat ödəyəcək

İspaniyanın “Barselona” klubunun sabiq baş məşqçisi Kike Setyenin Kataloniya təmsilçisindən alacağı təzminatın məbləği bəlli olub.

Komanda.az xəbər verir ki, klub vaxtından əvvəl istefaya göndərdiyi 63 yaşlı mütəxəssisə 4 milyon avro ödəyəcək.

Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Daha əvvəl Setyenin məhkəmədə qələbə qazanacağı təqdirdə klubdan 14 milyon avro alacağı iddia olunurdu.

Xatırladaq ki, Kike Setyen 2020-ci ildə “Barselona”ya rəhbərlik edib. Lakin uğursuz nəticələr səbəbindən vaxtından əvvəl istefaya göndərilib.