“Barselona” – “Mançester Yunayted” matçının hakimi açıqlandı

Çempionlar Liqasında 1/4 final mərhələsinin iki cavab matçının hakim təyinatları açıqlanıb.

Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, “Barselona” – “Mançester Yunayted” qarşılaşması Almaniyadan olan hakimlər briqadasına həvalə olunub. Görüşün baş hakimi Feliks Brix, köməkçiləri Mark Borş və Ştefan Lupp köməklik edəcəklər. Dördüncü hakim funksiyasını çexiyalı Pavel Kralovets yerinə yetirəcək. Matçın VAR  hakimləri Bastian Dankert və Marko Frits olacaq.

“Yuventus” – “Ayaks” oyunu isə fransalı referilərə tapşırılıb. Matçı Kleman Tyurpen idarə edəcək. Ona Nikolya Dano və Siril Qrinqor kömək edəcəklər. Dördüncü hakim Benua Bastyen, VAR hakimləri isə Nikolya Renvil ilə Fransua Leteksye olacaq.

Aprelin 16-da keçiriləcək hər iki görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. “Barselona” ilk oyunda səfərdə “Mançester Yunayted”i 1:0 hesabı ilə məğlub edib, “Yuventus” isə “Ayaks”la bərabərə qalıb – 1:1.