11 zərbə vurasan, heç biri qol olmaya

“Barselona” İspaniya La Liqasının 21-ci turu çərçivəsində “Valensiya”ya 0:2 hesabı ilə məğlub olub.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, katalonların hücumçusu Lionel Messi bu oyunda anti-rekordla yadda qalıb. Belə ki, argentinalı hücumçu oyun ərzində rəqib qapısına 11 zərbə endirsə də, bu zərbələrin heç biri qol olmayıb. Sonuncu dəfə belə hal 2017-ci ildə baş verib. “Deportivo” ilə oyunda Messi rəqib qapısına 11 zərbə endirsə də, qol vura bilməmişdi.

La Liqada 21 turdan sonra 43 xal toplayan “Barselona” turnir cədvəlinin lideridir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button