“Barselona”dan son 18 ilin ən pis başlanğıcı

“Barselona” La Liqanın 8-ci turunda “Alaves”lə “sülh bağlayıb” (1:1).

Komanda.az xəbər verir ki, Kataloniya təmsilçisi turnir cədvəlində 8 xalla 12-ci sırada yer alıb. Bu, “Barselona”da son 18 ilin ən pis başlanğıcıdır.

“Barselona” bundan əvvəl 2002/2003 mövsümündə, Lui van Qalın baş məşqçilik etdiyi dönəmdə 6 oyuna 8 xal toplamışdı.