Koutinyo üçün 3 “elçi”

“Barselona”nın futbolçusu Filippe Koutinyo yayda klubu tərk edə bilər.

Komanda.az xəbər verir ki, braziliyalı oyunçuyla PSJ, “Mançester Yunayted” və “Çelsi” yaxından maraqlanır. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə, “Barselona”nın Koutinyonu 130 milyon avroya satmağa razı olduğu bildirilib. Hər üç klubun 26 yaşlı yarımmüdafiəçinin meneceriylə ilkin danışıqlar apardığı iddia edilir.

Koutinyo bu mövsüm “Barselona” formasıyla 42 oyunda iştirak edərək, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button