“Barselona” koronavirus testindən keçdi FOTOLAR

İspaniyanın “Barselona” klubunda da futbolçular və məşqçilər koronavirus testindən keçiblər.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bu gün şəxsi maşınları ilə klubun bazasına gələn futbolçular ilk olaraq tibb mərkəzinə gedib və testdən keçiblər. Nəticələr qənaətbəxş olsa, oyunçular tezliklə fərdi məşqlərə başlaya biləcəklər.

Komandada yalnız Osman Dembele testdən keçməyib. Buna onun zədəsinin tam sağalmaması səbəb göstərilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button